Avtomobil 49 yaşlı piyadanı öldürdü

  • Müəllif: Firuzə
  • 21 Mart 2026 22:49

Cəlilabadda qəzada piyada ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Gununsesi.info