Azərbaycan 12 xalı bu ölkəyə verib, amma… - VİDEO

  • By admin
  • 15 May 2022 09:21

“Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycan 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya verib.

Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində məlumat verib.

Bildirib ki, münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən Azərbaycandan səsləri o yox, Martin açıqlayıb.

Aparıcı qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır

Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.

Gununsesi.info