Azərbaycan daha yeddi dövlətin vətəndaşları üçün sərhədləri açır

  • By admin
  • 17 İyun 2021 09:50

İyunun 21-dən daha yeddi dövlətin vətəndaşlarının Azərbaycana daxil olmasına icazə verilir. Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Əsasən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşları Azərbaycana səfər edə biləcəklər.

Qərar sözügedən ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması və əhalinin geniş vaksinasiyası nəzərə alınmaqla qəbul edilib.

Səfər zamanı əcnəbilər vaksinasiya barədə kovid- pasport və uçuşdan öncə 72 saat ərzində verilmiş koronavirus testinin mənfi nəticəsini təqdim etməlidirlər.

Bundan öncə, iyunun 10-da Azərbaycan Türkiyə və Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verib.

Gununsesi.info