Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 19:11

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.

Azərbaycan Həndbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yığma bu məqsədlə Mingəçevirə yollanaraq “Kür” Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.

15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.

Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.

 

Gununsesi.info