Azərbaycan nefti 100 dollardan aşağı düşdü

  • By Admin2
  • 06 İyun 2026 10:18

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,3 ABŞ dollar azalıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,3 ABŞ dolları və ya 1,28 % azalaraq 99,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info