Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

  • Müəllif: admin
  • 25 Aprel 2023 09:56

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84% artaraq 86,26 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Gununsesi.info