Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin görüşü olub -VİDEO

“Dünən, ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş keçirilib”.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Onun sözlərinə görə, görüşdə Rusiya sülhməramlı kontingentinin komandanlığı da iştirak edib: “Düşünürəm ki, Laçın yolu ilə bağlı məsələ yaxın zamanlarda həll olunacaq”.

Gununsesi.info