Azərbaycan Premyer Liqası: XXX turun ilk oyununda qalib müəyyənləşməyib

  • By ilhame
  • 12 Aprel 2024 21:06

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib

Gununsesi.info xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 0:0. Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisinin xalları 44-ə çatıb. Aktivinə növbəti 1 xalı yazdıran bakılılar isə 46 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

Gununsesi.info