Azərbaycan “Tokio-2020”ni 7 medalla başa vurdu

  • By admin
  • 07 Avqust 2021 21:14

Azərbaycanın milli Olimpiya komandasının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.

Gununsesi. info xəbər verir ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.

Gununsesi. info