Azərbaycanda 44 doğuşa 132 uşaq anadan olub

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 19:18

2025-ci il ərzində 132 üçəm uşağın doğumu qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyindən bildirilib ki, doğulan üçəmlərdən 60-ı qız, 72-si isə oğlan uşağıdır.

Qeyd olunan doğumlar arasında sadəcə 5 halda (15 uşaq) hər üç uşaq qadın cinsli doğulub.

Gununsesi.info