Azərbaycanda bəzi ailələrə pulsuz ev veriləcək

  • Müəllif: Firuzə
  • 13 Fevral 2026 09:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.

Gununsesi.info Oxu.az-a istinadla xəbər verir ki, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.

Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.

Gununsesi.info