Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı

  • By Mina
  • 11 Aprel 2024 14:02

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

 

Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

 

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Gununsesi.info