Azərbaycanda keçmiş nazirə YÜKSƏK VƏZİFƏ verildi – FOTO

  • By admin
  • 14 Avqust 2020 12:18

Azərbaycanda keçmiş nazirə yeni vəzifə verilib. 

Gununsesi.info-nun məlumatına görə, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Əli Abbasov AMEA-nın prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

AMEA-dan Oxu.Az-a bildirilib ki, Ə.Abbasov ötən gün müşavir təyin edilib.

O, bundan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Gununsesi.info