Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək

  • Müəllif: Admin08
  • 14 Oktyabr 2025 09:29

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Gununsesi.info xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma “Liv Bona Dea Arena”, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.

Gununsesi.info