Batıgöz Klinikasının baş həkimi, vitreoretinal cərrah Dr. Madina Farziyeva EURETINA 2026 beynəlxalq konqresində dəvətli spiker və müəllim heyətinin üzvü (Faculty & Invited Speaker) kimi iştirak edib.
Gununsesi.info xəbər verir ki, retina xəstəlikləri və vitreoretinal cərrahiyyə sahəsində dünyanın aparıcı peşəkar birliklərindən biri olan EURETINA-nın təşkil etdiyi konqresdə Dr. Farziyeva Azərbaycanı təmsil edən yeganə dəvətli spiker olub.
Onun beynəlxalq tədbirdə iştirakı Azərbaycan oftalmologiyasının beynəlxalq elmi platformalarda təmsil olunması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.












