Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər çərçivəsində 102 əcnəbi vətəndaşı deport edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan, Əlcəzair, Misir, Hindistan, İordaniya, Çin, Qazaxıstan, Livan, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkmənistan, Türkiyə, Tailand, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıb.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.








