Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 13:30

Cəlilabad rayonunda yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Həkətdə olan “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar (APA).

Gununsesi.info