“Azəriqaz”dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

  • By admin
  • 08 Aprel 2022 12:22

“Azəriqaz” İstehsalat Birliyi hələ ki, Xankəndidə texniki iş görmür. O ərazidə yerləşən abonentlər də SOCAR “Azəriqaz” İB-nin abonentləri deyil. Ona görə də dəqiq məlumat vermək olmaz”. 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Baş direktor həmin ərazidə dəfələrlə olduqlarını qeyd edib: “Müşahidələrimizə əsasən, orada erməni mətbuatının yazdığı qədər əhali yaşamır”.

Ruslan Əliyevin sözlərinə görə, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı bir invertarlaşma aparılmır: “Bu səbəbdən həmin ərazidə nə qədər abonentə təbii qazın verilməsi barədə dəqiq rəqəm deməyim düz çıxmaz. Ancaq invertarlaşmanın nəticəsi olaraq biz bunu qeyd edə bilərik”.

Gununsesi.info