“Azərsu” 15 gündür ki, susuz qalan məktəb haqqında: ÖZ PROBLEMLƏRİDİR

  • By admin
  • 26 Oktyabr 2022 11:29

“Azərsu” Göygöl rayonundakı 1 saylı orta məktəbin suyunu dayandırmayıb. Problem məktəbin özündədir. Araştırma zamanı məlum olub ki, məktəbin anbarı su ehtiyatı ilə doludur”.

Bunu Göygöldəki 1000 nəfərlik şagirdin təhsil aldığı məktəbin 15 sentyabrdan bəri susuz qalması barədə müəllimlərin saytımıza göndərdikləri müraciətlə bağlı Gununsesi.info-nun sorğusuna cavabında “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı deyib.

BUNA DA BAX

 

Bu məktəb 15 gündür ki, işıqsız və susuz qalıb

 

 

Onun sözlərinə görə, məktəbin özü tərəfindən su dayandırılıb.

Qeyd edək ki, dünən adıçəkilən məktəbin müəllim, valideyn kollektivi saytımız vasitəsilə Elm və təhsil naziri Emin Əmrullayevə şikayət edib.

Onlar iddia edib ki, məktəbdə Bilik Günü başlayandan su və işıq dayandırılıb.

Gununsesi.info