İşğaldan azad olunan torpaqlardan qənimət kimi toplanaraq Goranboy rayonu ərazisində saxlanılan 17 ton müxtəlif təyinatlı dəmirləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Nuradil Verdiyev, Nadir Nadirov və Vüsal Hüseynov ötən ilin noyabr ayında və cari ilin müvafiq dövründə Goranboy rayonu Gülüstan kəndi ərazisindən 1ədəd traktor sepi, 1 ədəd asfalt hamarlayan mexaniki nəqliyyat vasitəsinə məxsus hissəni və digər dəmir konstruksiyaları oğurlayaraq Gəncə şəhərindəki metal qəbulu məntəqəsinə satıblar.
Şübhəli şəxslər Xocalı RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Gununsesi.info