Azadlıq Partiyası ləğv edildi

  • By Admin2
  • 06 Dekabr 2024 14:25

Bakı Apellyasiya Məhkəməsində dekabrın 5-də hakim Ceyhun Məmmədovun sədrliyilə Ədliyyə Nazirliyinin ərizəsinə baxılıb.

Gununsesi.info  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Belə ki, sözügedən ərizə Azadlıq Partiyasının qeydiyyatının ləğvi barədə olub.

Qərara əsasən, məhkəmə nazirliyin ərizəsini təmin edib. Partiyanın qeydiyyatı ləğv olunub.

Qeyd edək ki, sədri Əhməd Oruc olan Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

Gununsesi.info