“Biz yeni təşəbbüslər irəli sürmüşük. Azərbaycanın əsas fərqləndirici xüsusiyyəti onun siyasi cəlbediciliyidir”.
Gununsesi.info bildirir bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün ikinci sessiyasında deyib:
“İlk dəfədir ki, bu sessiyada dövlət başçıları müzakirələr aparacaqlar. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə yeni bir təşəbbüsə imza atacaq. WUF 13 böyük bir miras qoyacaq. Bir çox təşəbbüslərlə yanaşı, yüksək təşkilatlanma vacibdir. Azərbaycan BMT ilə birlikdə məlumatlandırma və bələdçilik rolu oynayacaq.
Mətbuat işçiləri bu barədə yalnız məlumat verməklə kifayətlənməməli, əməkdaşlığı və yenilikləri təşviq etməlidirlər. Təşəkkür edirəm”.
O qeyd edib ki, WUF13 digər sessiyalar kimi geniş imkanlar yaradır:
“WUF13 bu region üçün yenidir və mühüm fürsət hesab olunur. Biz dostlarla birlikdə bir araya gələrək gələcəyimizin necə olacağını müzakirə edirik. Əlbəttə, çoxlu maraqlı tədbirlər və biliklər var. Düşünürəm ki, hamı bundan faydalanacaq”.
Şəbnəm











