Azyaşlı sərnişinlər üçün şou proqram təşkil ediləcək

  • By admin
  • 01 İyun 2022 09:18

Bu gün “İçərişəhər” metrostansiyasında azyaşlı sərnişinlər üçün şou proqram təşkil ediləcək.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Metropoliten kollektivi balaca dostlarımızı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara aydın səma, xoşbəxt gələcək arzu edir! Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu gün saat 12:00-da “İçərişəhər” stansiyasında azyaşlı sərnişinlər üçün zəngin şou proqram təşkil edəcək”, – məlumatda bildirilir.

Gununsesi.info