Rövşən Rzayev köçkünləri dinləyib

  • By admin
  • 01 İyun 2022 09:25

Mayın 31-də Qaçqınların Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədənnövbəlilik əsasında qəbula yazılmış vətəndaşlarınmüraciətlərini dinləyib, suallarını cavablandırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların məcburi köçkünlərin yaşayış şəraitininyaxşılaşdırılması, məşğulluğunun artırılması üçüngenişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədənəziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərəxüsusi diqqət qayğı göstərdiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, məcburi köçkünlərin dayanıqlıməskunlaşması, işğaldan azad edilmiş ərazilərin abadguşələrdən birinə çevrilməsi üçün dövlət tərəfindənmühüm tədbirlər görülür. Ərazilər minalardan təmizlənir, rabitə-kommunikasiya xətləri bərpa edilir, müasirinfrastruktur yaradılır. Bir neçə gün öncə Prezident İlhamƏliyev birinci xanım Mehriban Əliyeva ZəngilanrayonundaAğıllı kəndlayihəsinin birinci mərhələsi üzrəaçılış mərasimində iştirak edib. Yaxın günlərdə kəndsakinlərinin doğma yurdlarına köçürülməsinəbaşlanılacaq.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunalxidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış digərməsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkünolan vətəndaşların müraciətləri dinlənilib müvafiqqaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılanməsələlər araşdırılacaq qanunvericiliyə uyğun şəkildəhəll ediləcəkdir.