“BƏƏ-dəki səfirimiz geri çağırıla bilər” - ƏRDOĞAN

  • By admin
  • 14 Avqust 2020 16:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib.

Gununsesi.info-nun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bir daha Fələstin xalqının yanında olduqlarını bəyan edib.

Ərdoğan qeyd edib ki, Türkiyənin BƏƏ-dəki səfiri geri çağırıla bilər.  

 

 

Gununsesi.info