BƏƏ-dən İsrailə ilk birbaşa uçuş başladı

  • By admin
  • 26 Noyabr 2020 15:19

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aviaşirkəti “Flydubai” əmirlikdən İsrailə ilk birbaşa uçuşa başlayıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

BƏƏ-dən İsrailə səyahət təxminən üç saat davam edəcək.

Şirkət açıqlamasında bildirib ki, Dubay-Təl-Əviv marşrutu ilə həftədə 14 uçuş həyata keçirəcək.

Qeyd edək ki, İsrail və BƏƏ 20 oktyabrda Təl-Əviv yaxınlığında hava səyahətləri, vizasız səyahət, sərmayələrin qorunması, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalayıblar.

Gununsesi.org