Bəhreyn və İsrail arasında “normallaşma razılaşması” iddiası

  • By admin
  • 14 Avqust 2020 11:43

Bəhreynin İsraillə normallaşma razılığı imzalayacağı iddia edilib.

Gununsesi.info bildirir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.

Razılığın nə zaman imzalanacağı və bu istiqamətdə aparılan işlərlə bağlı məlumat yoxdur.

Bəhreyn və İsraildən iddia ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, dünən Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə İsrail arasında razılıq imzalanıb. Bu münasibətlə Bəhreyn BƏƏ-ni təbrik edib.

Gununsesi.info