Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib

  • By Günel
  • 10 İyun 2025 19:54

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.

Bu barədə Gununsesi.info -ya ADY-dən bildirilib.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Gununsesi.info