
Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.
Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info