Bakıda 1 yaşlı uşaq qızılcadan öldü - YENİLƏNİB

Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.

Gununsesi.info APA-ya xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Bakıda 1 yaşlı uşaq qızılcadan ölüb.

Gununsesi.info  APA-ya xəbər verir ki, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb.

2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.

Araşdırmalar aparılır.

Gununsesi.info