Bakıda 31 yaşlı kişi tualetdə özünü asdı

  • By admin
  • 09 Avqust 2021 16:20

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Rayon sakini 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı evin tualetində özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.