Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub

  • By admin
  • 06 Yanvar 2023 13:04

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

Gununsesi.info APA-a istinadən xəbər verir ki, ilkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb.

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

Hələlik kimliyi bilinməyən şəxsin isə yaxınları axtarılır.

Qeyd edək ki, ölənlərən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu ötən il dekabrın 31-dən itkin düşüb.

Gununsesi.info