Bakıda mənzildən meyit tapılıb

  • By admin
  • 24 Fevral 2023 20:12

Bakı şəhərinin Səbail rayonunda mənzildən meyit tapılıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info