Bakıda texnika qaz xəttini zədələyib: bu ərazilərdə qaz təchizatı dayandırılıb

  • By Günel
  • 10 İyun 2025 23:02

Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qaz sızmasının qarşısını almaq məqsədi ilə qaz təchizatı dayandırılıb. A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Gununsesi.info