
Milli Hidrometeorologiya Xidməti fevralın 5-i saat 08.00 üçün hava prqonozunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsdiyi bildirilir.
Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, fevral 6-da, səhərdən yenidən güclənəcək.