Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaq.







