Bayden İrana təzyiqləri yumşaldır?

  • By admin
  • 07 Fevral 2021 14:36

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İran iqtisadiyyatına aid bəzi məhdudlaşdırıcı tədbirləri saxlamaqla ölkəyə iqtisadi təzyiqi azaltmaq ehtimalını nəzərdən keçirir.

ABŞ administrasiyası Tehrana Beynəlxalq Valyuta Fondundan borc verilməsi və İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların yumşaldılmasının mümkünlüyünü müzakirə edir.

Mütəxəssislər bu tədbirlərin ABŞ-ın Donald Trampın prezidentliyi dövrü olan 2018-ci ildə Vaşinqtonun tərk etdiyi İranın “nüvə sazişinə” (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtması istiqamətində addım olduğunu düşünür. (trend)

Gununsesi.info