Bayden Putini tənbeh etdi - AMERİKA LİDERİ RUSİYADA İNSAN HAQLARI PROBLEMLƏRİNİ QABARDIB

  • By admin
  • 17 İyun 2021 09:38

ABŞ Prezidenti Co Bayden Cenevrədə rusiyalı həmkarı ilə görüşdən sonra jurnalistlər önündə çıxış edib. Gununsesi.info xəbər verir ki, Bayden xarici liderlərlə üz-üzə görüş keçirməyin əhəmiyyətini vurğulayıb.

Baydenin sözlərinə görə, onun məqsədlərindən biri Putinə ABŞ-ın siyasətinin Rusiyanın əleyhinə yönəlmədiyini bəyan etmək olub.

ABŞ lideri qeyd edib ki, görüş müsbət tonda keçib, tərəflər fikir ayrılıqlarını dilə gətiriblər və düşmən tonunda çıxış etməyiblər: “Sammit zamanı əsas müzakirə mövzularından biri insan haqları olub”. O, ABŞ-ın Aleksey Navalnının aqibəti kimi məsələləri qaldırmaqda qətiyyətli olduğunu bildirib.

Bayden deyib ki, görüş zamanı o həmçinin Rusiyada amerikalı Pol Uilan və Trevor Ridin saxlanılması məsələsinə də toxunub: “Əgər Putin istəyirsə ki, Amerikanın biznes icması Rusiyaya investisiya etsin, o zaman saxlanılan amerikalıları sərbəst buraxsın. Putinin istəyəcəyi ən son şey “soyuq müharibədir”.

Bayden deyib ki, Putinlə söhbət zamanı o qeyd edib ki, Rusiyanın əlində demokratiyaya keçid etmək imkanı var idi, amma bu cəhd uğursuz oldu.

Sammitin yekunlarını şərh edən Co Bayden həmçinin elan edib ki, Rusiya liderinin əməlləri Moskvanın dünya səhnəsindəki mövqeyini “zəiflədir.”

“Necə göründüyündən asılı olmayaraq, əgər biz onun gördüyü əməlləri etsə idik, – Bayden mətbuat konfransı zamanı deyib. – Bu, var gücü ilə dünya qüdrəti statusunu qoruyub saxlamağa çalışan ölkənin mövqeyini zəiflədir.”

Müxbirlərin Cenevrədəki görüşdən sonra Vladimir Putinə etibar edib-etmədiyinə dair sualına cavab olaraq ABŞ Prezidenti deyib ki, hazırda məsələ etibarda deyil, xeyirdədir.

“Bilirsiniz, məsələ etibarda deyil. Məsələ xeyirdə və onun təsdiqindədir,” Bayden bildirib. “Köhnə atalar sözündə deyildiyi kimi, pudinqin necə olduğunu anlamaq üçün, onun dadına baxmaq lazımdır. Yaxında öyrənərik.”

Amerikanın nümayəndə heyəti, o cümlədən prezident artıq sammitin keçirildiyi məkanı tərk edib.

Ağ Evin məlumatına görə, sammit yerli vaxtla saat 17:05-də başa çatıb.

Danışıqlar başlamadan Bayden demişdi ki, iki lider əməkdaşlıq və ortaq maraq sahələrini müəyyənləşdirməyə çalışacaqlar.

Bundan öncə Putin müxbirlərin suallarını cavablarkən danışıqları konstruktiv adlandırıb.

 

Gununsesi.info