Son bir həftədir gərginliyin yüksək olduğu Serbiyada hökumət əleyhinə etirazlar davam edir. Belqradda keçirilən son nümayişdə yenidən polislə toqquşma baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Serbiyada minlərlə hökumət əleyhinə nümayişçi yenidən küçələrə çıxıb.
Paytaxt Belqradda dinc şəkildə başlayan nümayişlər günün ilerleyen saatlarında xaosa çevrilib.
Dinc etirazlar zamanı bir qrupun hakim partiyanın mərkəzi ofislərinə daş atması gərginlik artıb.
Polislə nümayişçilər arasında toqquşma baş verib.
Təhlükəsizlik qüvvələri izdihamı gözyaşardıcı qazla dağıtdı.
Serbiyada 10 aydır hökumət əleyhinə keçirilən nümayişlər zamanı son bir həftədə zorakılıqlar özünü büruzə verir.
Etirazçılar prezident Aleksandr Vuçiçin də partiyası olan hakim Serbiya Tərəqqi Partiyasının qərargahına basqın ediblər.
Vuçiç partiyanın qərargahına gedib və tərəfdarları ilə görüşüb. O, hökumət əleyhinə nümayişçilərə qarşı sərt tədbirlər görəcəyini də açıqlayıb.
Orxan












