Beş ölkə Aİ-yə peyvəndlə bağlı çağırış etdi

  • By admin
  • 08 May 2021 10:22

Avropa İttifaqına (Aİ) üzv 5 dövlətin liderləri koronavirus peyvəndi istehsalının artırılması və digər  ölkələrə vaksin paylama mexanizminin yaradılması barədə Aİ-yə çağırış edib.

Gununsesi.info xəbər verir ki, Belçika, Fransa, İspaniya, Danimarka və İsveç liderləri epidemiya ilə mübarizə və peyvənd istehsalına dair Aİ Komissiyasının sədri Ursula von der Lyayenə ortaq bir məktub göndəriblər.

Məktubda “COVID-19”a qarşı birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkilib.

“Avropanın peyvənd paylama mexanizmini və dozaları paylaşma öhdəliyini təcili olaraq təsdiqləməsi lazımdır. Buna laqeyd yanaşa bilmərik. Bu qlobal sağlamlıq böhranına qarşı beynəlxalq mübarizəyə töhfə verməyə hazır olmalıyıq. Aİ hərəkət etməsə, digərləri boşluğu doldurur və peyvəndləri siyasi vasitə olaraq istifadə edirlər”,- deyə məlumatda qeyd olunub.

Gununsesi.info