Bill Geyts pandemiya sonrası dövrün yeni şərtlərini açıqladı

  • By admin
  • 18 Noyabr 2020 16:35

ABŞ-ın “Microsfot” şirkətinin təsisçisi Bill Geyts yeni tip koronovirus  pandemiyası başa çatdıqdan sonra belə insanların səyahət vərdişlərinin və iş fəaliyyətinin kökdən dəyişəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “The New York Times” qəzetinin keçirdiyi “DealBook” konfransında Endrü Rosun suallarına cavab verən Geyts “Təxmin edirəm ki, iş səyahətlərinin 50%-dən çoxu və ofisdəki günlərin isə 30%-i  ortadan qalxacaq” deyib.

O, evdən işləmənin daha uyğun hala gəldiyi üçün iş səyahətlərinin ciddi şəkildə azalacağını bildirib. Geytsə görə, bu şirkətlərə görə, fərqlənə bilər.

Qeyd edək ki, Geyts koronovirusa qarşı 90% effekti olduğu elan olunan “BionTech” şirkətinin hissələrinə ciddi məbləğlərdə sərmayə qoymuşdu.

 

 

Gununsesi.info