Binədə qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakının Xəzər rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü Röyalə Şərafət qızı Qasımova yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info