“Bir yol var – satqının hakimiyyətdən uzaqlaşdırılması” Müxalifətdən Paşinyana sərt reaksiya

  • By admin
  • 26 Dekabr 2020 20:22

Ermənistanın müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə çağırışını qəbuledilməz sayır.

Bu barədə erməni mətbuatı yazıb. Xəbərə görə, barədə Saqatelyan Feysbuk səhifəsində yazıb:

“Bu variant qəbuledilməzdir. Bir yol var  – satqının hakimiyyətdən uzaqlaşdırılması. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”.

O həmçinin əlavə edib ki, Paşinyan “boşluqlar axtarır” və xalq adı arxasında gizlənməyə çalışır, əslində isə insanları aldadır.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün siyasi qüvvələri məsləhətələşməyə dəvət etmişdi.

 

Gununsesi.info