Bişkekdə hərbi helikopter qəzaya uğradı

  • By admin
  • 17 Yanvar 2024 11:35

Mi-8 hərbi helikopteri Bişkekin kənarında qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kabara” agentliyi məlumat yayıb.

“Yerli vaxtla saat 10:55-də Mi-8 hərbi helikopteri Frunze-1 aviabazasında qəzaya uğrayıb. Ekipajın taleyi hələlik məlum deyil”, – məlumatda deyilir.

Agentliyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Qırğızıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus helikopter təlim uçuşları zamanı məcburi sərt eniş edib. Ölənlər var.

“Müdafiə Nazirliyi və Şimal Hərbi Dairəsinin rəsmiləri hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün çalışırlar. İstintaqın nəticələri ilə bağlı əlavə məlumat daha sonra açıqlanacaq”, – deyə bildirilib.

Bu arada Vesti.kg xəbər verir ki, Bişkekdə Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, bir nəfər ölüb, göyərtəsində olan daha 7 nəfər yaralanıb.

Gununsesi.info