“Biz sadəcə şəhərlər qurmuruq, gələcəyə inamla baxan dayanıqlı şəhərlər qururuq”.
Gununsesi.info bildirir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib:
“Yenidənqurma və bərpa işləri yuxarıdan başlaya bilməz. Uğurlu bərpa işləri yalnız tikilmiş evlərin sayından asılı deyil. Biz istəyirik ki, insanlar evlərinə qayıdanda özlərini daha yaxşı hiss etsinlər. İqlim sarsıntıları nəticəsində insanların bir yerdən başqa yerə köçürülməsi ikinci məsələ kimi qəbul olunmamalıdır. Evləri yenidən bərpa etmək aidiyyəti yenidən bərpa etməkdir, inamı yenidən bərpa etməkdir.”











