BMT Baş katibi Antoniu Quterriş ABŞ və Rusiyanı danışıqlar masasına qayıtmağa və Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini əvəz edəcək sazişlə bağlı razılıq əldə etməyə çağırıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqton Silahlara Nəzarət Təşkilatının illik iclasının iştirakçılarına videomüraciətində söyləyib.
“Mən həmçinin ABŞ və Rusiya Federasiyasını danışıqlar masasına qayıtmağa, yeni Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini tam şəkildə yerinə yetirməyə, onu əvəz edəcək sazişlə bağlı razılığa gəlməyə çağırıram”, – A.Quterriş deyib.
Gununsesi.info