Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres bütün nüvə silahına malik dövlətləri nüvə sınaqlarına “moratorium”u təsdiqləməyə və saxlamağa çağırdığını təkrarlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında açıqlamasında bildirib.
Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən (CTBT) ratifikasiyasını geri çəkə biləcəyi ilə bağlı açıqlamasına gəlincə, Haq, “Baş katib CTBT-nin həyata keçirilməsinin zəruriliyini daim vurğulayır” deyib.
Haq həmçinin bəyan edib ki, baş katib bütün ölkələri sazişi ratifikasiya etməyə çağırıb.
Ölkələrin CTBT çərçivəsində öhdəliklərini yerinə yetirməli olduğuna işarə edən Haq, “Baş katib bütün nüvə silahı olan ölkələri nüvə sınaqlarına qoyulan moratoriumun təsdiqini və saxlanmasını tələb edir” deyib.
Səid Əhmədli
Gununsesi.info