BMT-dən Qazaxıstanda baş verənlərlə bağlı açıqlama

  • By admin
  • 05 Yanvar 2022 21:48

“BMT Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir, bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir”.

Gununsesi.info xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cuarrik keçirdiyi brifinqdə deyib.

“Biz Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyirik. Hazırkı hadisələrdə iştirak edənlərin hamısının təmkin nümayiş etdirmələri, zorakılıqdan çəkinmələri və bütün problemlərin həlli üçün dialoq aparmaları çox vacibdir”, – Cuarrik bildirib.

 

 

Gununsesi.info