
Boliviyada Puerto Suares və Santa Kruz şəhərləri istiqamətində hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
Gununsesi.info bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.
Qəzanın avtobusun qarşıdan gələn yük maşınının yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.
Gununsesi.info