“Borussiya” Almaniya millisinin futbolçusunu transfer edib

  • By ilhame
  • 08 İyul 2024 21:34

Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni transferini reallaşdırıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dortmundlular “Ştutqart”ın müdafiəçisi Valdemar Antonla anlaşıb.

 

27 yaşlı futbolçu ilə 2028-ci ilə qədər sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Almaniya millisinin üzvü olan V.Anton AVRO-2024-ün oyunları çərçivəsində Danimarka və İspaniya yığmalarına qarşı görüşlərdə mübarizə aparıb.

Gununsesi.info